...

İƏGF-ARM və Tatarıstanın “Sələt” gənclər təşkilatı arasında növbəti niyyət protokolu imzalanıb (FOTO)

Cəmiyyət Materials 17 Mart 2022 14:05 (UTC +04:00)

Bakı. Trend:

Kazan şəhərində, Tatarıstanın Gənclər Nazirliyinin binasında İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi (İƏGF-ARM) və Tatarıstanın aparıcı gənclər təşkilatı olan “Sələt” Gənclər Təşkilatı arasında əməkdaşlığın növbəti üç illik fəaliyyət proqramını tənzimləyən niyyət protokolu imzalanıb. İmzalama mərasimi çərçivəsində çıxış edən Tatarıstan hökuməti adından çıxış edən Tatarıstan Respublikasının Gənclər Naziri Timur Süleymanov Forumun Avrasiya üzrə Regional Mərkəzinin son illərdə “Sələt” təşkilatı və rəhbərlik etdiyi nazirlik ilə bir yerdə Tatarıstanda uğurla həyata keçirilən beynəlxalq layihələrdən bəhs edib və növbəti illərdə bu uğurların davam etdirilməsi baxımından niyyət protokolunun imzalanlanmasını dəstəklədiyini qeyd edib.

Qeyd etmək lazımdır ki, indiyə qədər İƏGF-ARM və “Sələt” təşkilatının birgə təşkilatçılığı ilə İƏT Gənc Sahibkarlarının Beynəlxalq Forumu, Beynəlxalq İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası, İƏT Gənc Startapçılar Forumu və başqa beynəlxalq tədbirlər keçirilib. Bu layihələrdə bir çox İƏT ölkələrini təmsil edən gənc liderlər iştirak edib.

İƏGF-ARM-nin Baş direktoru vəzifəsini icra edən Vüsal Qurbanov və “Sələt” Gənclər Təşkilatının direktoru Aygül Qabdrrəhmanovanın imzaladığı niyyət protokolunda yaxın üç il ərzində Tatarıstanda keçiriləcək beynəlxalq tədbirlərin keçirilməsi üzrə konkret addımlar öz əksini tapıb. İlk olaraq bu ilin 26-27 mart tarixlərində növbəti Debat Çempionatının Kazan şəhərində keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti