...

Muğanlı-İsmayıllı yolunda avtomobillərin normal hərəkəti üçün hansı tədbirlər görülür?

Cəmiyyət Materials 18 Mart 2022 16:43 (UTC +04:00)
Muğanlı-İsmayıllı yolunda avtomobillərin normal hərəkəti üçün hansı tədbirlər görülür?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dünən gecədən başlayaraq yağan güclü qar səbəbindən Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Basqal kəndi ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində problemlər yaranıb.

Bununla bağlı həmin yollarda hansı işlər görülür?

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə bildirib ki, qar yağırsa, problemin olmaması mümkün deyil.

Həmin əraziyə texnikalar və canlı qüvvə cəlb edilib, yola duz və qum səpilir.

"Yollar qardan təmizlənir, amma qar yağmağa davam edirsə, yol yenidən örtülür. Ona görə də sürücülər özləri hava şəraitinə görə avtomobillərini hazır vəziyyətə gətirməlidirlər. Mövsümə görə hazırlığı olmayan sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edirik", - deyə qurum rəsmisi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti