...

Naxçıvanda çökən məktəb binasında ölən və xəsarət alan olmayıb - Nazirlik

Cəmiyyət Materials 31 Mart 2022 14:19 (UTC +04:00)
Naxçıvanda çökən məktəb binasında ölən və xəsarət alan olmayıb - Nazirlik
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdur.

Bu barədə Trend-ə Təhsil Nazirliyindən bildirilib.

"Aidiyyəti qurumlara istinadən bildiririk ki, həmin məktəbdə aparılan təmir-tikinti işləri ilə əlaqədar 1 mart 2022-ci il tarixindən məktəbin şagird kontingenti Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirirlər.

Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək"- açıqlamada qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti