...

Himayədar ailə institutunun tətbiqinə hazırlıq müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 7 Aprel 2022 10:15 (UTC +04:00)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində himayədar ailə, reinteqrasiya üzrə beynəlxalq məsləhətçi Hyu Salmon ilə görüş olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ölkəmizdə himayədar ailə institutunun tətbiqinə hazırlıq işlərindən bəhs edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bu sahədə qabaqcıl dünya təcrübəsinin öyənilməsinə mühüm önəm verildiyini vurğulayıb.

“Himayədar ailə” qayğı modelinin uşaqlara qayğı sisteminin dünyada geniş yayılmış nümunələrindən olduğu qeyd edilib. Həmin modelin uşaqların ailə mühitində yaşamalarına və inkişafına şərait yaratdığı diqqətə çatdırılıb. Bu sahədə Türkiyə təcrübəsinin öyrənildiyi də bildirilib.

H.Salmon tərəfindən müvafiq sahələrdə çalışan əməkdaşlara reinteqrasiya, qeytkipinq, himayədar ailə üzrə müvafiq mütəxəssis konsultasiyaları verilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti