...

Gəncə şəhərinin küçələri belə işıqlandırılır (FOTO)

Cəmiyyət Materials 18 Aprel 2022 18:41 (UTC +04:00)
Gəncə şəhərinin küçələri belə işıqlandırılır (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər Gəncə şəhərində geniş abadlıq-quruculuq işləri aparılır, yeni infrastruktur layihələri icra olunur. Xəbər verdiyimiz kimi, ölkə başçısının göstərişi ilə Azərbaycanın 7 şəhər və rayonunun, o cümlədən Gəncənin küçə işıqlandırılması sistemi yenidən qurulur.

Layihə çərçivəsində ümumi uzunluğu 245 kilometr olan kabel xəttinin çəkilməsi, 8155 ədəd işıq dirəyinin quraşdırılması nəzərdə tutulur ki, hazırda işlərin böyük bir hissəsi başa çatdırılıb. Belə ki, bu günədək 400-ə yaxın küçədə 7650 işıq dirəyi quraşdırılaraq, qismən istifadəyə verilib və bub istiqamətdə işlər davam etdirilir. Layihə çərçivəsində aparılan yoxlama və quraşdırma işləri tam yekunlaşdıqdan sonra, yeni işıq dirəkləri quraşdırılmış bütün ərazilərə enerjinin verilişi təmin olunacaqdır.

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyəti, “Bakı Abadlıq Xidməti” MMC və Polşanın “The Company Signify Poland sp.z.o.o” şirkətinin birgə icra etdiyi layihə Gəncə şəhərində işıqlandırma şəbəkəsinin modernləşdirilməsini və avtomatlaşdırılmış idarəetmə sisteminin tədbiqini hədəfləyir.

Ötən ilin sentyabr ayının əvvəlindən icrasına başlanılan layihədə işlər üç - A (qazıntı işlərinin aparılması), B (elektrik kabellərinin çəkilməsi) və C (işıq dirəklərinin basıdırlması) kateqoriyaları üzrə aparılır. Layihənin cari ilin sonunadək icra olunacaq növbəti mərhələsində daha 300 küçədə işıq dirəklərinin quraşdırılması, güc kabellərinin çəkilməsi nəzərdə tutulur. Bir neçə mərhələdə icra olunan layihənin sonunda Gəncə şəhərinin bütün küçə və prospektlərinin işıqlandırılması tam təmin olunacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti