...

Azərbaycan vətəndaşları əsasən bu ölkələrə səfər edib

Cəmiyyət Materials 25 Aprel 2022 21:00 (UTC +04:00)
Azərbaycan vətəndaşları əsasən bu ölkələrə səfər edib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə bu il xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,7 dəfə artaraq 298,5 min nəfər olub.

Trend-in məlumatına görə, İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 5,1 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 2,6 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə, Gürcüstana gedənlərin sayı isə 2,3 dəfə artıb.

Ölkə vətəndaşlarının 44,5 faizi Türkiyəyə, 18,7 faizi Rusiya Federasiyasına, 12,9 faizi İrana, 8,0 faizi Gürcüstana, 15,9 faizi digər ölkələrə səfər edib. Gedənlərin 66,4 faizini kişilər, 33,6 faizini qadınlar təşkil edib.

2022-ci ilin yanvar-mart aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 58,4 faizi hava, 39,2 faizi dəmir yolu və avtomobil, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti