...

Bakıda "Unibroad"un təşkilatçılığı ilə təhsil sərgisi keçirilib (FOTO)

Cəmiyyət Materials 30 Aprel 2022 20:57 (UTC +04:00)
Bakıda "Unibroad"un təşkilatçılığı ilə təhsil sərgisi keçirilib (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda "Unibroad"un təşkilatçılığı ilə təhsil sərgisi keçirilib.

Trend-in məlumatına görə, sərgi iştirakçıları 10-dan artıq dünya səviyyəli universitetdə bakalavr, magistr, doktorantura, MBA proqramları, yay kursları, qısamüddətli kurslar, təcrübə və xarici dil proqramları, həmçinin müxtəlif təqaüd və güzəştlər haqqında məlumat almaq imkanı əldə ediblər.

“Unibroad” platformasının təsisçiləri İradə Həsənova və Elmar Əbülfəzlidir.

Sərgidə Avstraliya, Kanada, Fransa, Almaniya, İspaniya, Macarıstan və digər ölkələrin universitetləri iştirak edib .
Sərgi xaricdə təhsil almaq istəyən və ümumiyyətlə xaricdə təhsil ilə maraqlanan və yaxın gələcəkdə xaricdə təhsil almaq planları quran şəxslər tərəfindən böyük maraqla qarşılanıb.

İradə Həsənova sərgi ilə bağlı Trend-in suallarını cavablandırarkən qeyd edib ki, dünyanın 500-dən çox universiteti ilə müqaviləsi olan “Unibroad” özündə 100 mindən çox fakültəni birləşdirir.

“Mütəmadi olartaq fərqli regionlarda keçirilən dünya universitetlərinin sərgisi bu dəfə Azərbaycanda təşkil edildi. Universitetlərin rəsmi nümayəndələri Bakıya gələrək tələbələrlə birbaşa ünsiyyətdə olaraq onlara təhsil və təqaüd imkanları barədə məlumat verir. Biz azərbaycanlı tələbələrə heç bir təhsil şirkətlərinə ödəniş etmədən birbaşa universitetlərlə görüş təşkil edərək yerində dünya universtitlərinə qəbul omaq və təqaüd almaq imkanalrını yaradırıq. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə olan dövlət təqaüdlərindən əlavə alternativ olaraq hər bir ölkənin təqaüd proqramları var və biz onları azərbaycanlı tələbələrə təqdim etmək üçün gətiririk. Bu gün həmçinin Unibroad-ın rəsmi tərəfdaşı olan Hyundai Azərbaycan bu sərgidə yeni modelini təqdim edərək xarici qonaqlarımıza hədiyyələrini veriblər”, – deyə o əlavə edib.

Varna İdarəetmə Universitetinin rektoru Todor Radev Trend-in sualına cavab olaraq , sərginin çox yaxşı və maraqlı təşkil olduğunu bildirib.

“Sərgidə çox prestijli universitetlərin olduğunu və gənc insanların onlara necə maraqla yanaşdıqlarının şahidi oluram. Gənclərin təhsilə olan maraqlarını yüksək qiymətləndirirəm. Bakıda ilk dəfədi oluram və azərbaycanlı tələbələrlə ünsiyyətdə olarkən onların həyəcan və marağı məndə də pozitiv düşüncələr yaradır”, – T. Radev qeyd edib.

İsveçrədəki Amerika Universitetinin rəsmi nümayəndəsi Aleksandros Katsidonis isə Trend açıqlaması zamanı Bakıda insanlar tərəfindən çox xoş qarşılandığını bildirib.

“Bakıya ilk səfərimdir və bu tarixi görünüşə malik şəhərdə hər kəs tərəfindən çox səmimi, mehriban qarşılandım. Azərbaycanlı tələbələrlə görüşümüz zamanı onların təhsilə, öyrənməyə kariyera qurmağa, özlərini inkişaf etdirməyə bu qədər çox həvəsli olmaqları məni çox sevindirdi”, – deyə o əlavə edib.

Cambrdige təhsil qrupunun regional direktoru Will Maciver həmçinin Trend-in suallarına cavab olaraq, azərbaycanlı tələbələrlə ünsiyyətdə olduğu zaman onların təhsilə çox meyilli olduqlarını bildirib.

“Azərbaycana ilk dəfə 1994-cü ildə gəlmişdim və o zaman vəziyyət tamam fərqli idi. Əlbəttə, indi daha inkişaf edib və gözəlləşib. Ümumiyyətlə, Azərbaycana gəlmək məni sevindirir, burda olmaqdan çox şadam. Azərbaycanlı tələbələr mənim bir tələbədə görmək istədiym bütün xüsusiyyətlərə sahibdirlər. Daim öyrənməyə meyillidirlər. Onlar tək öz ölkələrinin yox, başqa ölkələrin də təhsil sistemləri, imkanları ilə maraqlanıb, özlərini inkişaf etdirməyə can atırlar”,– deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti