Bakı. Trend:
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Ucar rayonunda həmin rayonun sakinlərini qəbul edib.
Vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri dinlənilib. Müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.
Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara izahatlar verilib.