...

Bu ilin 3 ayında 378 cütlük boşanmaq üçün müraciət edib - Ədliyyə Nazirliyi

Cəmiyyət Materials 31 May 2022 12:05 (UTC +04:00)
Bu ilin 3 ayında 378 cütlük boşanmaq üçün müraciət edib - Ədliyyə Nazirliyi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bu il aprelin 1-dək Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinə 378 cütlük boşanmaq üçün müraciət edib.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin sədri Aynur Sabitova Ədliyyə Nazirliyi, UNİCEF və Mediasiya Şurasının birgə tərəfdaşlığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən Mediasiya prosesləri zamanı ailə mübahisələrinin həllində uşaq hüquqlarının müdafiəsi məsələlərinin aktuallığı mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, ötən il 1748 cütlük müraciət edib.

"Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində fəaliyyətə cəlb edilmiş psixoloqların apardıqları danışıqlar nəticəsində ötən il 268 cütlük boşanmaqdan imtina edib. 2020-ci ildə boşanmaq üçün müraciət edən 1108 cütlükdən 108-i, 2019-cu ildə isə müraciət edən 1269 cütlükdən 254-ü boşanmaqdan imtina edib", - A.Sabitova bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti