...

Bu gündən Formula yarışlarına görə bir sıra yollar bağlanıb

Cəmiyyət Materials 6 İyun 2022 09:30 (UTC +04:00)
Bu gündən Formula yarışlarına görə bir sıra  yollar bağlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gündən etibarən Formula 1 yarışlarının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

Hərəkət 14 iyun, səhər saatlarından etibarən bərpa olunacaq.

Qeyd edilib ki, nəqliyyata məhdudiyyət 3 zonada tətbiq ediləcək. İçərişəhər ərazisi, Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinin yerləşdiyi ərazidir.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində Bakıda baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti