...

Həkəri çayına qızılxallı forel körpələri buraxılıb (FOTO)

Cəmiyyət Materials 10 İyun 2022 13:30 (UTC +04:00)
Həkəri çayına qızılxallı forel körpələri buraxılıb (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin qorunmasına və su hövzələrində bioresursların bərpasına töhfə vermək məqsədilə Zəngilan rayonunun Ağalı kəndinin yaxınlığından keçən Həkəri çayına balıq körpələrinin buraxılışı həyata keçirilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Trend-ə bildirib ki, Zəngilan rayonunda Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyevin və ETSN rəsmilərinin iştirakı ilə çaya balıqartırma zavodlarında yetişdirilən 2000 qızılxallı forel körpəsi buraxılıb.

Xidmət rəsmisi balıqların kürütökmə dövrü ilə əlaqədar hər il ölkədə may ayının 1-dən etibarən balıq ovuna 4 aylıq moratorium tətbiq edildiyini diqqətə çatdırıb və balıq ehtiyatlarının artırılması üçün bütün qayda və tələblərə riayət olunmasını tövsiyə edib.

"Gəlin, balıq ehtiyatlarının qorunmasına, məsuliyyətli balıq ovlanmasının təşviqinə dəstək olaq, balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina edək."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti