...

Daşkəsən və Ağstafanın elektrik şəbəkəsinə dəyən zərər aradan qaldırılır (FOTO/VİDEO)

Cəmiyyət Materials 12 İyun 2022 14:54 (UTC +04:00)
Daşkəsən və Ağstafanın elektrik şəbəkəsinə dəyən zərər aradan qaldırılır (FOTO/VİDEO)

Bakı. Trend:

İyunun 10-nu gecə saatlarında Daşkəsən rayonu ərazisində başlayan güclü leysan nəticəsində rayonun elektrik şəbəkəsinə cidd ziyan dəyib. Daşkəsənin Çanaqçı, Zivlən, Alaxançallı və Şəkərəm kəndlərinin elektrik enerjisi təchizatında fasilələr yaranıb.

"Azərişıq" ASC-dən Trend-verilən məlumata görə, ASC-nin ərazi üzrə Qəza xidməti tərəfindən aparılan işlərdən sonra elə həmin gün Çanaqçı və Şəkərəm kəndlərində elektrik enerjisinin verilişi bərpa edilib.

Digər iki kənddə - Alaxançallı və Zivlən kəndlərində sel suları kənd yollarını tam yararsız vəziyyətə saldığından bərpa işlərinin görülməsinə ciddi maneə yaransa da, lakin elektrik enerjisinin bərpası işi yekunlaşmaq üzrədir.

Ağstafa rayonu ərazisində də təbii fəlakət rayonun elektrik şəbəkəsinə ciddi ziyan vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti