Bakı. Trend:
Rusiyanın Perm şəhərindən Azərbaycana birbaşa aviareyslər planlaşdırılır.
Trend-in məlumatına görə, bu barədə Perm diyarının nəqliyyat naziri Andrey Alyakrinski regional hökumətin iclası zamanı deyib.
Onun sözlərinə görə, hazırda diyar rəhbərliyi bir sıra ölkələrlə birbaşa reyslər barədə danışıqlar aparır.
"Söhbət Minsk, Daşkənd, Buxara, Bakı və İrəvana uçuşlardan gedir", - deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)