Bakı. Trend:
Dövlətimiz hər zaman bizə diqqət və qayğı göstərir. Bu səbəbdən də Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlığımı bildirirəm.
Bunu Trend-ə Vətən müharibəsi qazisi Təbriz Həmidov bildirib.
Onun sözlərinə görə, bir qrup qazi may ayının 2-də mənzillərlə təmin olunub: "Bu gün isə bizə avtomobillər verildi. Hər zaman şəhid ailələrinə, eyni zamanda qazilərə dövlət tərəfindən xüsusi diqqət göstərilir. Mən Şuşa və Füzuli istiqamətində gedən döyüşlərdə yaralanmışam. 3-cü qrup Qarabağ müharibəsi əliliyəm. Buna görə də 300 manat Prezident təqaüdü, 650 manat pensiya alıram. Təşəkkürümü bildirirəm ki, bizə diqqət ayırıb, əziyyətimizin qarşılığını verirlər".