...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 16 İyun 2022 16:34 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 23 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, üç və daha çox doza vaksin vurduranların sayı 18, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 748 483, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 351 549, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 851 520, üç və daha çox doza vaksin vurduranların sayı 3 297 682, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 247 732 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti