...

ƏƏSMN-in fəaliyyət sahələri üzrə 280 mindən çox elektron arayış verilib

Cəmiyyət Materials 21 İyun 2022 10:00 (UTC +04:00)
ƏƏSMN-in fəaliyyət sahələri üzrə 280 mindən çox elektron arayış verilib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə vətəndaşlara 280 110 elektron arayış verilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, son 4 ildə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı çərçivəsində 30-dək elektron arayış xidməti yaradılıb.

Nazirliyin e-xidmətləri vətəndaşların iş yerinə və ya əlilliyə dair, pensiya, müavinət və təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan verir.

Hazırda Nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən son 5 ayda nazirliyin informasiya bazalarına edilən sorğu sayı 88 milyondan çox olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti