...

Azərbaycanda 36 nəfər COVID-19-a yoluxub, ölən yoxdur

Cəmiyyət Materials 29 İyun 2022 16:31 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, ölən yoxdur.

Azərbaycanda indiyədək ümumilikdə 793 224 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 343 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 164 nəfərdir.

Ölkədə son sutka ərzində 3 174, hazırkı dövrədək isə 6 961 028 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti