...

TƏBİB meymunçiçəyinin əlamətlərini açıqlayıb

Cəmiyyət Materials 4 Avqust 2022 09:50 (UTC +04:00)
TƏBİB meymunçiçəyinin əlamətlərini açıqlayıb

Bakı. Trend:

Dünyanın bir çox ölkəsində yayılmış meymunçiçəyi xəstəliyinin əsas əlamətləri açıqlanıb.

Trend TƏBİB-ə istinadən xəbər verir ki, meymunçiçəyinin əlamətləri baş ağrıları, bədənin hər hansısa hissəsində yaranan qabarıq səpgilər, yüksək hərarət, düz bağırsaqda iltihab və ağrı, limfa düyünlərində şişkinlik və əsasən bel ağrıları ilə özünü biruzə verə bilər.

Əgər meymunçiçəyi xəstəliyinə yoluxduğunuzu düşünürsünüzsə həkiminizlə əlaqə saxlayın. Daha sonra həkim tövsiyəsinə uyğun olaraq meymunçiçəyi ilə bağlı test verin.

Meymunçiçəyindən qorunmaq üçün əllərinizi tez-tez sabun ilə yuyun, dezinfeksiyaedici vasitələrdən istifadə edin. Xəstəliyin simptomlarını hiss etdiyiniz insanlarla ünsiyyətdən çəkinin, onlarla aranızda fiziki məsafə saxlayın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti