...

Xaçmazın şaftalı bağlarında məhsuldarlıq yüksəkdir (FOTO)

Cəmiyyət Materials 10 Avqust 2022 17:08 (UTC +04:00)
Xaçmazın şaftalı bağlarında məhsuldarlıq yüksəkdir (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Xaçmaz rayonunun şaftalı bağlarında məhsul yığımı davam edir. Bağlarda şaftalının “Zalatoy”, “Fədai” və “Nektarin” kimi sortları yetişdirilir.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Nərəcan kəndinin şaftalı bağlarında olub. Kənd ağsaqqalları və fermerlərlə görüşən icra başçısı bu ilki məhsuldarlıqla maraqlanıb. Rayon ərazisində ümumilikdə 2900 hektar şaftalı bağı var. Həmin bağlardan 800 hektara yaxını müasir suvarma sistemi ilə təmin olunan intensiv bağlardır. Hər il bağlardan 7 min tondan çox şaftalı toplanır. Yığılan şaftalının böyük hissəsi qonşu Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki satış mərkəzlərinə göndərilir.

Kənd ağsaqqalları və fermerlərlə səmimi söhbət zamanı Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, yeni meyvə bağlarının salınması və məhsuldarlığın artırılması istiqamətində fermerlərə dövlət dəstəyi davamlı xarakter daşıyır.

Fermerlər aqrar sektorun inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib və yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti