Bakı. Trend:
Reabilitasiya mərkəzindəki görüntülərlə bağlı məsələnin araşdırılması Ombudsmanın nəzarətinə götürülüb.
Trend-in məlumatına görə, bu barədə qurum açıqlama yayıb.
"Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakı şəhərində fəaliyyət göstərən reabilitasiya mərkəzində çəkildiyi iddia olunan və uşaqlara qarşı zorakılığı əks etdirən video görüntülərlə bağlı məsələnin araşdırılması dərhal Ombudsmanın nəzarətinə götürülüb və bununla bağlı müvafiq qurumlara müraciətlər edilib", - məlumatda qeyd olunur.
Qeyd edək ki, hadisənin Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən "Mehnur" reabilitasiya mərkəzində baş verdiyi bildirilir.