...

“Delta Group C.O.” MMC direktorunun gənclərlə görüşü (FOTO)

Cəmiyyət Materials 6 Sentyabr 2022 11:21 (UTC +04:00)

Bakı. Trend:

"Aqrar İnkişaf Könüllüləri" Təşkilatının təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan İnsan Resursları Assosiasiyasının (Azərbaycan İnsan Resursları Assosiasiyası) və Business Development Center-in (Business Development Center) tərəfdaşlığı ilə həyata keçirilən "Yay Təcrübə Proqramı" çərçivəsində keçirilən tədbirlər tam sürəti ilə davam edir.

“Delta Group C.O.”MMC-nin (Delta Group C.O. LLC) direktoru - İlkin Şabanov keçirilən görüşdə "Şəxsi İnkişaf" və "Karyera seçiminin önəmi" mövzusunda öz fikirlərini gənclərlə bölüşərək gündəmdə olan mövzulardan bəhs edib.

Daha sonra gənclərə görüşdə şəxsi inkişaf istiqamətlərini analiz etmək, düzgün karyera seçimi, karyera məqsədlərinin müəyyən edilməsi və planının qurulması ilə bağlı məlumatlar ötürülüb.

“Delta Qrup C.O.” MMC 1999 – cu ildə təsis edilmişdir. Müəssisə hazırda öz fəaliyyət sahələri istiqamətində Azərbaycan bazarında əhəmiyyətli yer tutmaqdadır. “Delta Qrup C.O.” MMC yarandığı tarixdən etibarən məhsulları dünya səviyyəsində tanınan şirkətlərlə əməkdaşlıq edir.

Şirkətin İki əsas fəaliyyət sahəsi mövcuddur: yerli istehsalat və distribusiya (dağıtım). Gündəlik istehlak məhsullarına olan təlabatın təmin edilməsi məqsədi ilə iki böyük zavodu fəaliyyətdədir.

Xəbər lenti

Xəbər lenti