...

Altı şəhərdə müharibə iştirakçılarına xidmət göstəririk - Selcuk Demirtaş

Cəmiyyət Materials 20 Sentyabr 2022 11:27 (UTC +04:00)
Altı şəhərdə müharibə iştirakçılarına xidmət göstəririk - Selcuk Demirtaş
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Son iki il ərzində Bakıda, Gəncədə, Lənkəranda, Qəbələdə və Sumqayıtda 2200-dən çox qazinin psixoloji müalicəsi həyata keçirilib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyədən Azərbaycana gələn 21 nəfərlik psixoloq qrupunun rəhbəri Selcuk Demirtaş deyb.

O qeyd edib ki, nəticələr olduqca müsbətdir: “Müharibədən gələn qazilərdə travma sonrası stres problemi deyilən bir sindrom yaranıb. Müharibə səbəbilə insanların aldığı travmalarda müxtəlif simptomlar olur. Bu simptomların ən əsası yuxusuzluq, daha sonra ciddi baş ağrıları, diksinərək yuxudan oyanma, aqressivlik kimi hallardır. Qazilər yenidən müayinəyə gəldiyi zaman bu problemlərin bir çoxunun aradan qalxdığını müşahidə edirik.

Seansların 6 ay ərzində davam etməsi nəzərdə tutulub. Amma müraciət artdıqca müayinələrə davam edəcəyik. Hazırda 21 nəfərik və Fövqəladə Hallar Nazirliyinin 7 psixoloqu ilə birgə 6 şəhərdə xidmət göstəririk”, S.Demirtaş bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti