...

Bəzi dərman preparatlarının təminatında müəyyən problemlər müşahidə olunur - Rəşad Mahmudov

Cəmiyyət Materials 11 Oktyabr 2022 17:05 (UTC +04:00)

Bakı. Trend:

Rusiya və Ukrayna arasındakı müharibə fonunda bəzi dərman preparatlarının təminatı ilə bağlı müəyyən problemlər müşahidə olunur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin oktyabrın 11-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, mövcud problemlər dəfələrlə Milli Məclisin Səhiyyə komitəsində də qabardılıb.

“Türkiyədən dərman vasitələrinin gətirilməsi elə də asan deyil. Çünki xaricdən gətirilən dərman vasitələrinin sənədləşdirilməsi, eləcə də lisenziyadan keçirilməsi məsələsi hələ də mürəkkəbliyini saxlayır. Odur ki, aidiyyəti qurumlarla bu kimi problemlərin həlli istiqamətində işlər görülməlidir”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti