...

Azərbaycan Dillər Universitetində Yunan mədəniyyəti və tədqiqatı mərkəzi açılıb (FOTO)

Cəmiyyət Materials 19 Oktyabr 2022 13:24 (UTC +04:00)
Azərbaycan Dillər Universitetində Yunan mədəniyyəti və tədqiqatı mərkəzi açılıb (FOTO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dillər Universitetində Yunan mədəniyyəti və tədqiqatı mərkəzi açılıb.

Trend-in çərşənbə günü verdiyi məlumata görə, açılışda Dillər Universitetinin rektoru Kamal Abdulla və Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Piperiqkos iştirak ediblər.

Universitetin rektoru mərkəzin inkişafına verdiyi şəxsi töhfəyə görə Yunanıstanın səfirinə minnətdarlığını bildirib və mərkəzin bundan sonra da uğurlu fəaliyyətinə ümid etdiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycan Dillər Universitetində qədim yunan dilinin öyrənilməsinin tətbiqi üzərində işləyir.

"Biz artıq ən qədim dillərdən biri olan sanskrit dilinin öyrənilməsina başlamışıq. İndi universitetdə qədim yunan dilinin tədrisinə başlamaq üçün çalışırıq", - K.Abdulla deyib.

Yunanıstan səfiri öz növbəsində universitetdə klassik dillərin öyrənilməsinin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti