...

Növbəti il üçün dövlət büdcəsindən təhsilə 4,4 milyard manat ayrılıb

Cəmiyyət Materials 25 Oktyabr 2022 10:11 (UTC +04:00)
Növbəti il üçün dövlət büdcəsindən təhsilə 4,4 milyard manat ayrılıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Növbəti il üçün dövlət büdcəsindən təhsil xərcləri açıqlanıb.

Trend-in məlumatına görə, bu barədə oktyabrın 24-də Milli Məclisə daxil olmuş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Bildirilib ki, 2023-cü ilin dövlət büdcəsində 4,4 milyard manat təhsil xərcləri nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat və ya 42,4 faiz çoxdur.

Gələn il dövlət sifarişilə ali təhsil alanların, həmçinin təqaüd yerlərinin sayının artırılması və əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığının daha da artırılması və ali təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə daha çox tələbə kreditinin verilməsi, habelə təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə artan tələbatın qarşılanması təhsil xərclərinin artımında əsas istiqamətlərdəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti