...

Son iki gündə meşə torpaqlarında 22 mindən artıq ağac əkilib

Cəmiyyət Materials 27 Oktyabr 2022 18:51 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Payız ağac əkini mövsümü başlayandan bugünədək meşə fondu torpaqlarının açıq və seyrək ərazilərinin ümumilikdə 74 hektar sahəsində 42246 ədəd ağac tingi əkilib, 4358 kiloqram toxum səpilib.

Trend-in məlumatına görə, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.

O qeyd edib ki, təkcə dünən və bu gün Qəbələ, Quba, Bərdə, Şabran, Lənkəran, Tovuz, Şəmkir, Göygöl, Ağcabədi və Sabirabad rayonlarının meşə ərazilərinin 29 hektar sahəsində 22246 ədəd ağac tingi əkilib, 1358 kiloqram toxum səpilib.

“Əkilən ağac tingləri meşə təsərrüfatlarının tinglik sahələrində yetişdirilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti