...

Şuşada beynəlxalq blogerlərin düşərgəsi keçirilir (FOTO)

Cəmiyyət Materials 25 Noyabr 2022 11:40 (UTC +04:00)
Şuşada beynəlxalq blogerlərin düşərgəsi keçirilir (FOTO)

Bakı. Trend:

Xəbər verildiyi kimi, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) təşəbbüsü ilə həyata keçirilən “Show Me Azerbaijan” (Mənə Azərbaycanı göstər) layihəsi çərçivəsində bir qrup xarici bloger hazırda ölkəmizə səfərdədirlər. ABŞ, Fransa, İspaniya, İndoneziya, Qazaxıstan, Türkiyə, Misir və ümumilikdə sayı 10-dan çox ölkəni təmsil edən bloger Şuşa şəhərinə səfər ediblər.

Öncə Füzuli şəhərində olan blogerləri Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş ərazilərindəki Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov qarşılayıb. A.İmanov qonaqlara 44 günlük Vətən müharibəsinin səbəbləri və başlanma yeri, minalalnmış ərazilər, işğal dövründə Füzuli, eləcə də ətraf rayonlarda həyata keçirilə kütləvi dağıntılar barədə, eləcə də şəhərin və ətraf kəndlərin bərpa olunması ilə bağlı görüləcək işlər haqqında geniş statistik məlumatlarla tanış edib və onların suallarına cavab verib. Füzulidəki dağıntılarla tanış olan blogerlər daha sonra Zəfər abidəsini və şəhər məscidinin qalıqlarını ziyarət ediblər. Onlara erməni işğalı dövründə tək Füzulidə deyil, Qarabağın başqa ərazilərində yerləşən məscidlərin də dağıntılara məruz qaldığı, bəzilərində isə mal-heyvan saxlandığı barədə məlumatlar verilib.

Öncə qeyd edildiyi kimi layihənin əsas məqsədi Azərbaycan Respublikası prezidentinin bu ilin “Şuşa ili” elan edilməsi ilə əlaqədar bu şəhərə ediləcək səfər çərçivəsində (Show Me Azerbaijan - Beynəlxalq blogerlərin Şuşa düşərgəsi) xarici blogerləri Qarabağın təbiəti, mədəni abidələri və tarixi yerləri, xüsusilə, Şuşanın Azərbaycana aid olmasını sübut edən mədəni irsi, o cümlədən, erməni işğalının nəticəsi kimi yaşayış məntəqələrinin və mədəni abidələrin vandalizmə məruz qalması, eyni zamanda bu şəhər işğaldan azad edildikdən sonra həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış etmək, sonda onların səfər təəssüratlarını dünyaya yaymaqdır.

Qeyd etmək lazımdır ki, İƏGF Avrasiya Regional Mərkəzinin təşəbbüsü ilə keçən il ərzində analoji tədbirlər uğurla həyata keçirilib. Belə ki, “Show Me Azerbaijan” layihəsi çərçivəsində 8 ölkədən 13 bloger, o cümlədən, ABŞ və Əlcəzairdən olan 3 tanınmış videobloger işğaldan azad edilmiş ərazilərə səfər edərək, erməni işğalı nəticəsində dağıdılmış yaşayış məskənləri, tarixi abidələr haqda hazırladıqları videoreportajları yutub kanallarında yayımlamışlar. Bu reportajlara yeddi milyondan çox insan baxmışdır. Bu ilin sonuna qədər Qarabağla bağlı blogerlərin çəkdiyi videoreportajların və onlara baxış sayının artırılması layihənin əsas məqsədlərindən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti