...

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının səyyar qəbulu keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Noyabr 2022 18:59 (UTC +04:00)
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının səyyar qəbulu keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

25 noyabr 2022-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Korgöz qəsəbəsində səyyar qəbulu keçirilib.

Qəbulda Korgöz qəsəbə sakinləri, həmçinin rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Qəsəbə sakinlərdən 7 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını vermiş, bəzi müraciətlər yerindəcə həll edilmişdir.

Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti