...

Azərbaycanda İİV xəstəliyi ilə bağlı vəziyyət nəzarət altındadır

Cəmiyyət Materials 30 Noyabr 2022 15:34 (UTC +04:00)
Azərbaycanda İİV xəstəliyi ilə bağlı vəziyyət nəzarət altındadır

Bakı. Trend:

Rəsmi statistikaya görə, dünyada İİV-lə yaşayan 38,4 milyon insan mövcuddur.

Trend-in məlumatına görə, bunu bu gün Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov "QİÇS-lə mübarizə" mövzusunda çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycanda vəziyyət nəzarət altındadır.

"Azərbaycan region ölkələri arasında ən az yoluxma müşahidə olunan ölkədir. Son 10 ayda İİV-ə yoluxan 695 nəfər aşkar edilib. Onların 680 nəfəri Azərbaycan vətəndaşı olub. Bunun da 68 %-i kişi, 32 %-i isə qadın olub", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti