...

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 4 Dekabr 2022 13:04 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda dekabrın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bazar günü Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və axşam yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 4-6° isti olacaq. Bakıda gecə və gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 777 millimetr civə sütunundan 775 millimetr civə sütununa enəcək. Nisbi rütubət 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti