...

Azərbaycanın bu rayonlarında qaz təchizatında fasilələr yaranacaq

Cəmiyyət Materials 15 Dekabr 2022 23:33 (UTC +04:00)

Bakı. Trend:

Bu gün gecə saatlarında Gədəbəy və Qazax, sabah isə Balakən və Yardımlı rayonlarının dağ və dağətəyi kəndlərində hava şəraitinin kəskin soyuması ilə əlaqədar olaraq qaz təchizatında məcburi fasilələr yaranacaq.

Azəriqaz İB-dən Trend-ə verilən məlumatına görə, havaların kəskin soyuması qaz xətlərində texniki nasazlıqlara səbəb olub, nəticədə qaz sızmaları baş verib.

Təhlükəli vəziyyətin dərhal aradan qaldırılması üçün ərazilərə "Azəriqaz" İB-nin Qəza-bərpa xidmətinin əməkdaşları ezam olunub. Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, qəza şəraitinin aradan qaldırılması istiqamətində bütün mümkün tədbirlər görülməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti