...

"Bir salam verən” kimi 10 min dolllar maaş təklif edirlər - Rüfət Quliyev

Cəmiyyət Materials 19 Dekabr 2022 13:06 (UTC +04:00)
"Bir salam verən” kimi 10 min dolllar maaş təklif edirlər - Rüfət Quliyev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Xaricdə dövlət hesabına oxuyan şəxslər Azərbaycana qayıtdıqda onlara təklif olunan maaşla heç cür razılaşa bilmirlər.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev bildirib.

R.Quliyev qeyd edib ki, maaş deyildikdə Azərbaycanda yaxşı bir şirkətdə 3000-3500 məbləğində alınan maaş artıq yüksək maaş sayılır.

“Amma mən iki nəfər adam tanıyıram. Onlardan biri Bakıya gəlib. O kriptotexnologiya sahəsində ixtisaslaşıb. O burada otura-otura çox asanlıqla Dubayda ofisdə işləyir. Həmin şəxs “bir salam verən” kimi ona 10 min dolllar maaş təklif edirlər. Ancaq bir salama. Biz də cəmiyyəti buna öyrəşdirməliyik”, - deyə qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti