...

TƏBİB-in xəstəxanalarında çalışan həkimlərin aylıq əməkhaqqı 1000 manatdan yüksəkdir - Vüqar Qurbanov

Cəmiyyət Materials 20 Dekabr 2022 10:33 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan həkimlərin aylıq əməkhaqqı 1000 manatdan yüksəkdir.

Trend-in məlumatına görə, bunu bu gün TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov "TƏBİB Tibbdə müasir keyfiyyət mərhələsi: real perspektivlər gələcəyə baxış" adlı hesabat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ailə həkimlərinə verilən həvəsləndirici əlavələrlə onların əməkhaqqı 500 manata çatdırılıb.

V.Qurbanov qeyd edib ki, stomatoloqlar istisna olmaqla, TƏBİB tabeliyindəki ixtisaslı həkimlərin əməkhaqlarına əlavələr şamil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti