Bakı. Trend:
Bu il Azərbaycanda işlə təmin edilmədə gözlənilən rəqəm 40 min nəfərin üzərindədir.
Trend-in məlumatına görə, bunu bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, peşə hazırlığı prosesinə 4 mindən artıq şəxs cəlb olunub. Ümumilikdə, peşə hazırlığı üzrə kursu bitirmə faizi 70 faizin üzərindədir.