Bakı. Trend:
Ağır yaralanan qazimiz Namazov Həbib Aydın oğlu Türkiyədəki müalicəsini tamamlayaraq Vətənə qayıdıb. Təqdim olunan həkim rəyinə əsasən onun müalicəsi ölkəmizdəki ixtisaslaşmış tibb müəsissəsində davam etdiriləcək.
Ağır yaralılardan olan Ağayev Elsevər Sərvan oğlu isə müalicə
məqsədilə Türkiyəyə göndərilib.
Allahdan hər birinə şəfa diləyirik!
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Xatırladaq ki, bu günə qədər 178 qazi müalicə üçün Türkiyəyə
göndərilib. Onlardan 157-nin müalicə proseduru artıq uğurla
yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda
müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən
təmin edilib.
“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq
üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə
tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.