Bakı. Trend:
Paytaxt Bakımız Yeni ili qarşılayır. Şəhər gözoxşayan işıqlarla, yolkalarla bəzədilib.
Trend-in məlumatına görə, şəhərin mərkəzi küçələri gözəl, rəngbərəng işıqlarla, al-əlvan bayraqlarla, müxtəlif rənglərə bürünmüş şam ağacları ilə bəzədilib. Şəhərin mərkəzi Nizami küçəsi bayram rənglərinə boyanıb.
Həmçinin, bayramla əlaqədar şəhərin mərkəzi küçələrində Yeni il yarmarkaları təşkil edilib.
Trend-in fotoqrafı əlvan çıraqlarla, Yeni il ağacları ilə bəzənmiş paytaxt Bakının xoş əhval-ruhiyyəli görüntülərini lentə alıb.