...

Azərbaycanda azyaşlıların TikToka girişinin məhdudlaşdırılması təklif edilir

Cəmiyyət Materials 30 Dekabr 2022 11:32 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

TikTok sosial şəbəkəsi bir çox ölkələrdə səmərəli istifadə olunsa da, bu sözləri TikTokun Azərbaycan seqmenti üçün demək mümkün deyil.

Trend xəbər verir ki, bunu deputat Elşad Mirbəşir Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.

“TikTok Azərbaycan gəncinin məhvə getməsinə səbəb olur. Təklif edirəm ki, aidiyyəti qurumlar azyaşlıların TikToka girişini məhdudlaşdırsın.

Məktəblər, qanunvericilik, valideynlərlə iş prinsipi səviyyəsində bu işə diqqət yetirilməlidir.

Bildirim ki, 16-24 yaşarası gənclərin TikTokdan istifadəsi 60%-ə bərabərdir. Bir çox ölkələrdə məhkəmə qərarları ilə TikTokun fəaliyyəti məhdudlaşdırılıb, dayandırılıb. Azərbaycanda da bu istiqamətdə iş görülməlidir”, - deyə deputat bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti