...

Polis əməkdaşları "Sədərək" TM-dəki yanğın zamanı yolda təhlükəsizliyi təmin ediblər (VİDEO)

Cəmiyyət Materials 8 Yanvar 2023 22:49 (UTC +04:00)

Bakı. Trend:

"Sədərək" ticarət mərkəzində baş verən yanğın zamanı ilk dəqiqələrdən polis əməkdaşları hadisə yerinə cəlb edilib, təhlükəsizliyi təmin edib, köməyə ehtiyacı olanlara kömeklik göstəriblər.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət Yol Polisi əməkdaşları da həmin əraziyə yanğınsöndürən maşınların və təcili tibbi yardım avtomobillərinin maneəsiz hərəkətini, eyni zamanda yolda təhlükəsiz qaydada hərəkətin bərpasını təmin ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti