...

Azərbaycanda daha 77 nəfər koronavirusa yoluxub

Cəmiyyət Materials 15 Yanvar 2023 16:58 (UTC +04:00)
Azərbaycanda daha 77 nəfər koronavirusa yoluxub

Bakı. Trend:

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 77 yoluxma faktı qeydə alınıb, 98 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 min 377 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 min 861 nəfər müalicə olunaraq sağalıb, 10 min 49 nəfər vəfat edib. Aktiv xəstə sayı 467 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2210, bu günə qədər isə ümumilikdə 7 milyon 457 min 880 test icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti