...

Beynəlxalq səyahətçilər Ağdamda yenidənqurma işlərinin sürətini və miqyasını yüksək dəyərləndirib (FOTO)

Cəmiyyət Materials 6 Fevral 2023 12:53 (UTC +04:00)
Beynəlxalq səyahətçilər Ağdamda yenidənqurma işlərinin sürətini və miqyasını yüksək dəyərləndirib (FOTO)
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Ağdam. Trend:

Beynəlxalq səyahətçilər Ağdamla tanış olmağa davam edir.

Trend-in Qarabağa ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Ağdama səfər zamanı səyahətçilərə yenidənqurma işlərinin gedişatı ilə tanış olmaq imkanı verilib. Qonaqlara erməni işğalı dövründə şəhərdəki misli görünməmiş dağıntılar haqqında məlumat verilib.

Səfər çərçivəsində səyahətçilər Ağdam Konfrans Mərkəzini ziyarət ediblər.

"Mərkəz 55 gün ərzində yenidənqurmanın bir hissəsinə çevrilmək istəyən insanların səyi nəticəsində inşa olunub", - Azərbaycan Respublikası Prezidentinin Qarabağdakı xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov deyib.

Qeyd edək ki, Ağdam şəhəri səyahətçilərin hazırki səfər turu çərçivəsində son dayanacaqdır.

Xatırladaq ki, fevralın 4-də beynəlxalq səyahətçilərdən ibarət nümayəndə heyətinin Ermənistan işğalından azad edilmiş Azərbaycan ərazisinə altıncı səfəri baş tutur.

Nümayəndə heyətinin tərkibinə ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiya olmaqla 12 ölkənin nüfuzlu şəxsləri daxildir.

Səfər zamanı nümayəndə heyəti, həmçinin, işğal dövründə ermənilərin törətdiyi vandallıqlarla, ərazilərdəki yenidənqurma işləri ilə, hableə Qarabağ regionunun təbii gözəlliyi ilə tanış olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti