...

“Nargis” Fondu Türkiyəyə yardım üçün qısa nömrə istifadəyə verib

Cəmiyyət Materials 8 Fevral 2023 11:18 (UTC +04:00)
“Nargis” Fondu Türkiyəyə yardım üçün qısa nömrə istifadəyə verib

Bakı. Trend:

Azercell şirkəti ilə əməkdaşlığımız çərçivəsində 7303 qısa nömrəsi bu gündən etibarən istifadəyə verildi. Qısa nömrə vasitsəilə “Nargis” Fonduna ianə etmək artıq bir SMS qədər asan.

Yeni xidmətimiz sayəsində ilk öncə qardaş Türkiyəyə yardım etmək niyyətindəyik. Bir həftə boyunca mesaj mətnində 1 rəqəmindən 9 rəqəminədək yazın və mesajı 7303 qısa nömrəsinə göndərin. Bununla Azercell abunəçiləri müvafiq olaraq 1 AZN-dən 9 AZN-dək Türkiyə xalqına dəstək məqsədilə ianə edə bilər.

Suallarla bağlı çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz: +994125265493

Məqalədə:
Xəbər lenti

Xəbər lenti