...

Bu günə qədər Azərbaycandan zəlzələ bölgəsinə 5624 çadır göndərilib - Səfir

Cəmiyyət Materials 14 Fevral 2023 14:18 (UTC +04:00)
Bu günə qədər Azərbaycandan zəlzələ bölgəsinə 5624 çadır göndərilib - Səfir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu günə qədər Azərbaycandan zəlzələ bölgəsinə TIR-larla, təyyarələrlə 5624 çadır göndərilib.

Trend-in məlumatına görə, bunu bu gün Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı brifinq zamanı deyib.

O qeyd edib ki, 25 minə yaxına adyal, 401 ton tibb ləvazimat da Türkiyəyə çatdırılıb.

“Azərbaycandan 6240 isidici, 737 ton ərzaq göndərilib. Ümumilikdə 1541 ton yardım zəlzələ bölgəsinə çatdırılıb”,- deyə səfir əlavə edib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti