...

Məişət zorakılığı törətmiş şəxslərə yeni cəzaların tətbiqi təklif edilir

Cəmiyyət Materials 3 Mart 2023 14:05 (UTC +04:00)
Məişət zorakılığı törətmiş şəxslərə yeni cəzaların tətbiqi təklif edilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Məişət zorakılığı törətmiş şəxsin məişət zorakılığından zərər çəkmiş şəxslə birgə yaşayış yerində qalmağının müəyyən müddətə qadağan edilməsi təklif edilir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsində deyilir.

Belə ki, hesabatda məişət zorakılığı ilə bağlı qanunvericilikdə cinayət məsuliyyətinin təsbit edilməsi, eləcə də xarici ölkələrin təcrübəsi nəzərə alınaraq, bu cinayəti törətmiş şəxslərə münasibətdə cəzanın təyin edilməsi ilə yanaşı, məhkəmə tərəfindən müəyyən müddətə məişət zorakılığından zərər çəkmiş şəxslə birgə yaşayış yerində qalmağın qadağan edilməsi təklif edilir.

Uşağa qarşı və ya onun iştirakı ilə məişət zorakılığı törədildikdə, uşaqla ünsiyyətin məhdudlaşdırılması; məişət zorakılığından zərər çəkmiş şəxsin daimi və ya müvəqqəti yaşadığı, eləcə də iş, təhsil, müalicə və ya digər səbəblərdən müvəqqəti və ya sistematik qaydada ola biləcəyi yerə müəyyən məsafədə yaxınlaşmağın qadağan edilməsi; məişət zorakılığından zərər çəkmiş şəxslə şəxsən və ya üçüncü şəxslər vasitəsilə yazışmaların, telefon danışıqlarının, poçt, rabitə və ya elektron kommunikasiya vasitələri ilə əlaqənin qadağan edilməsi kimi məhdudiyyət tədbirlərinin təyin edilməsinə dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq dəyişikliyin edilməsi təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti