...

Ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin sayı məlum olub

Cəmiyyət Materials 1 Aprel 2023 12:24 (UTC +04:00)
Ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin sayı məlum olub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 10640 cinayət faktı aşkarlanıb.

Trend-in məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının “İllik Hesabat”ında qeyd edilib.

Onlardan 3441-i narkotik vasitələrin qanunsuz satışı, 6711-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 392-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 96-sı isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 470 kq 567,089 qr narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 131 kq 813 632 qr-nı heroin, 2 ton 086 kq 073,304 qr-nı marixuana, 295 kq 360,737 qr-nı tiryək, 42 kq 299,394 qr-nı həşiş, 261 qr-nı kokain, 148 kq 312,557 qr-nı digər narkotik vasitələr və 766 kq 446,465 qr və 524 ədəd psixotrop maddə təşkil edib.

Həmçinin, göstərilən dövr ərzində 38617 ədəd metadon, 80145 ədəd çətənə və xaş-xaş bitkisi, 2 kq 350,5 qr və 21596 həb, 2048 kapsül güclü təsir edən maddə, 10 kq 037,6 qr zəhərli maddə, 77,3 qr prekursor qanunsuz dövriyyədən götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti