...

“iOS 17”ni dəstəkləməyəcək “iPhone” modelləri açıqlanıb

Cəmiyyət Materials 5 Aprel 2023 13:21 (UTC +04:00)
“iOS 17”ni dəstəkləməyəcək “iPhone” modelləri açıqlanıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“iOS 17” yenilənməsini dəstəkləməyəcək “iPhone” modelləri açıqlanıb.

Trend-in məlumatına görə, “iPhone X”, “iPhone 8”, “iPhone 8 Plus” modellərində “iOS 17” yeniləməsi tətbiq olunmayacaq.

9,7 və 12,9 düymlük “iPad Pro” (1-ci nəsil) və 5-ci nəsil “iPad iPadOS 17” də yeniləməni almayacaq. Siyahıdakı cihazlar 2015-ci ilin noyabrından 2017-ci ilin noyabrına qədər istehsal olunmuş modellərdir.

Yeganə istisnalar “A10 Fusion” çipli 6-cı və 7-ci nəsil “iPad” modelləri, "A10X Fusion" çipli 12,9 düymlük "iPad Pro" və 2-ci nəsil 10,5 düymlük "iPad" modelləri olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti