...

Şuşada YUNESKO üzrə milli komissiyalarının nümayəndələri üçün konsert təşkil olunub (FOTO)

Cəmiyyət Materials 8 Aprel 2023 18:10 (UTC +04:00)
Şuşada YUNESKO üzrə milli komissiyalarının nümayəndələri üçün konsert təşkil olunub (FOTO)
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Şuşa. Trend:

Azərbaycan ənənəvi musiqisinin çox gözəl janrı - muğamla tanış olmaq məqsədilə Şuşada TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə milli komissiyalarının 9-cu iclasının iştirakçıları üçün konsert təşkil olunub.

Trend-in müxbirinin verdiyi məlumata görə, konsertdə xalq artistləri Mənsum İbrahimov (xanəndə), Elçin Həşimov (tar), əməkdar artistlər Kamran Kərimov (nağara), Elnur Əhmədov (kamança), eləcə də beynəlxalq muğam müsabiqəsinin laureatı Aytən Məhərrəmova çıxış ediblər.

Aprelin 8-də TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimində iştirak etmək üçün xarici qonaqlar Şuşa şəhərinə gəliblər.

Səfər zamanı onlar Şuşa şəhərinin görməli yerlərindən biri - Cıdır düzü və qala divarları ilə tanış olublar.

Qeyd edək ki, bu görüşün açılış mərasimi aprelin 7-də Bakıda ADA Universitetinin binasında keçirilib.

TÜRKSOY-un iclası Azərbaycan Respublikasının Prezidenti yanında YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu ilə birgə təşkil olunub.

Xatırladaq ki, bu il Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı yaradılmasının otuzuncu ildönümünü qeyd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti