...

Şuşa inanılmaz dərəcədə gözəl şəhərdir - Sandiaqo Bivini

Cəmiyyət Materials 8 Aprel 2023 19:52 (UTC +04:00)
Şuşa inanılmaz dərəcədə gözəl şəhərdir - Sandiaqo Bivini
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Şuşa. Trend:

Şuşa inanılmaz dərəcədə gözəl şəhərdir.

Bunu Trend-ə TÜRKSOY-a üzv dövlətlərin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimi çərçivəsində UNESCO ilə əməkdaşlıq üzrə Ekvatorial Qvineya Milli Komissiyasının baş katibi Sandiaqo Bivini deyib.

"Bu, mənim Şuşaya ilk səfərimdir. Şəhər inanılmaz dərəcədə gözəldir. Səfərin cəmi bir gün davam etməsinə baxmayaraq, biz artıq çox şeyləri görə bilmişik. Deməliyəm ki, müasir infrastruktur və tarixi abidələrin birləşməsi çox valehedicidir. Şuşa şəhərinin gözəlliyini görəndə Azərbaycanın 30 illik erməni işğalı zamanı nələrdən məhrum olduğunu anladım. Hazırda Şuşada gedən quruculuq işləri mənə belə qənaətə gəlməyə imkan verir ki, şəhərin böyük gələcəyi var", - deyə o bildirib.

S.Bivini Azərbaycanın milli musiqisinə valeh olduğunu da vurğulayıb.

Xatırladaq ki, aprelin 8-də Türk dünyasının 2023-cü il paytaxtı - Şuşa şəhərində TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimi keçirilib.

Bu tədbir çərçivəsində görüş iştirakçılarına Şuşa şəhərinin görməli yerlərindən biri - Cıdır düzü və qala divarları, eləcə də xalq artistlərinin və əməkdar artistlərin iştirakı ilə muğam konserti təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti