...

Xaçmazın Əbilyataq kəndində sakinlərlə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Aprel 2023 18:24 (UTC +04:00)
Xaçmazın Əbilyataq kəndində sakinlərlə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Niyazoba İnzibati Ərazi Dairəsi üzrə nümayədəliyinə daxil olan Əbilyataq kəndində səyyar qəbul keçirib. Qəbulda Əbilyataq kəndi ilə yanaşı Niyazoba, Qarabağlı, Ağçay və Qarğalıq kəndlərinin sakinləri iştirak edib.

Görüş iştirakçıları əvvəlcə Əbilyataq kənd tam orta məktəbinin həyətində şəhid Elçin Minbəşir oğlu Mövlamovun büstü üzərinə gül dəstələri qoyub, şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. Sakinlər elektrik təsərrüfatının yenilənməsi, suvarma suyu ilə təchizatın yaxşılaşdırılması, yeni marşrut xəttinin açılması, rabitə və internetlə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti