...

Türkiyə vətəndaşlarının Azərbaycanda səs verə bilməsi üçün 15 seçki qutusu qurulacaq

Cəmiyyət Materials 3 May 2023 15:51 (UTC +04:00)
Türkiyə vətəndaşlarının Azərbaycanda səs verə bilməsi üçün 15 seçki qutusu qurulacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə vətəndaşlarının Azərbaycanda səs verə bilməsi üçün 15 seçki qutusu qurulacaq.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı jurnalistlərə açıqlamasında deyib.

Səfir qeyd edib ki, Türkiyədən kənarda daimi və ya müvəqqəti yaşayan, səsvermə hüququna malik vətəndaşların səs verə bilməsi üçün bütün hazırlıqlar başa çatıb.

"Türkiyədən xaricdə yaşayan vətəndaşlarımızın prezident və parlament seçkilərində səsvermə prosesi başlayıb. Bakıda 9, Gəncədə 3, Naxçıvanda da 3 ədəd olmaqla cəmi 15 seçki qutusu quraşdırılıb. Vətəndaşlarımız mayın 5-i saat 9:00-21:00 arasında 12 saat ərzində Bakı, Naxçıvan və Gəncədə səs verə biləcəklər", - deyə səfir əlavə edib

Xatırladaq ki, mayın 14-də Türkiyədə Prezident seçkiləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti