...

Qardaşlıq oyununda futbolçuları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları müşayiət edib (FOTO)

Cəmiyyət Materials 14 May 2023 16:04 (UTC +04:00)
Qardaşlıq oyununda futbolçuları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları müşayiət edib (FOTO)

Bakı. Trend:

Azərbaycanın "Sabah" və Türkiyənin "Beşiktaş" klubları arasında Tofiq Bəhramov adına Respublika stadionunda xeyriyyə məqsədi ilə keçirilən yoldaşlıq oyununda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları da iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə bildirilib ki, oyunun açılış mərasimində hər iki komandanın oyunçuları Mərkəzin həssas əhali qruplarından olan 6-12 yaş arası 22 benefisiarının müşayiətilə meydana çıxıblar. Onlardan 7 nəfəri şəhid övladı, 10 nəfəri valideyn himayəsində məhrum olmuş uşaq, 2 nəfəri daun sindromlu şəxs, 3 nəfəri isə aztəminatlı ailənin övladlarıdır. Qardaşlıq oyununa DOST Agentliyinin 50 nəfərədək könüllüsü, 50 nəfər inklüziv könüllü və Mərkəzin əməkdaşları azarkeşlik ediblər.

Qeyd edək ki, oyundan əldə edilən gəlir Türkiyədə zəlzələdən zərərçəkənlərə ianə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti